AZ

"Sovet dövrünün sərhəd dəyişiklikləri və Almatı Bəyannaməsi sülh danışıqlarında mühüm faktordur"

"Sovet dövründə Azərbaycanla Ermənistan arasında sərhədlər müxtəlif mərhələlərdə fərqli xətlərlə müəyyən olunub. Məsələn, 20-ci illərin əvvəllərini götürsək, Zəngəzur və Göyçə bölgələri Azərbaycanın tərkibində idi. Lakin 1929-cu ilə doğru və sonrakı dövrlərdə artıq fərqli bir mənzərə formalaşmışdı. Ümumilikdə bu prosesdə təxminən ondan çox dəyişiklik baş verib. Digər mühüm məqam isə ondan ibarətdir ki, Ermənistan indiyədək parlament səviyyəsində Almatı Bəyannaməsini tam şəkildə tanımayıb və ona bir neçə düzəliş əlavə edib. Hətta bu məsələyə o qədər də geniş diqqət yetirilməyib. Halbuki Almatı görüşündə Ter-Petrosyanın təmsil olunduğu dövrdə belə bir mövqe ifadə olunmuşdu ki, təkcə ittifaq respublikalarının deyil, eyni zamanda muxtar qurumların da sərhədləri beynəlxalq səviyyədə tanınmalıdır. Bu kimi məsələlər kifayət qədər mürəkkəbdir və tarixi kontekstdə geniş müzakirə tələb edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Prinsip etibarilə isə prezident bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və onun suverenliyini tanıyır. Lakin sərhədlərin dəqiq müəyyənləşdirilməsi hələ də danışıqlar mövzusudur. Bu çərçivədə qeyd etmək olar ki, tərəflərin sülhə doğru addımlaması da məhz bu reallıqlardan irəli gəlir. Əgər bu prosesdə hansısa nəticə əldə olunursa, bu, qorxu və ya təzyiq deyil, daha çox qarşılıqlı siyasi reallıqların qəbul olunması ilə bağlıdır".

Seçilən
18
redaktor.az

1Mənbələr