AZ

"Bu, bizim üçün tarixi fürsətdir” - Valdas Dambrauskas

BAKI, 12 may. TELEQRAF

“Karyeramda çox kubok finalları olub. Buna görə bilirəm ki, çətin mərhələdir. Hər kəs kuboku əldə etmək istəyir. İstəyirəm ki, sabah meydanda ən yaxşı olan komanda qazansın”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bizon Azərbaycan Kubokunun final görüşündən öncə baş tutan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını qeyd edib:

“Bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Biz ardıcıl ikinci mövsümdür finaldayıq. Səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibimiz “Zirə”ni də təbrik edirəm ki, finala qədər çıxıblar. Əlimizdən gələni edəcəyik. Hər kəsi tribunaya çağırıram.

Bu oyun mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu, bizim üçün tarixi fürsətdir. Buna nail olsaq, klubun adını tarixə yazdıracağığ. Oyunda hər şey görə bilərik. Qarşılaşma penaltilərə də gedə bilər. Səmimi desəm, biz 11 metrlik cərimə zərbəsi üzərində işləməmişik. Amma oyunçularım hər oyunsonrası öz üzərlərində çalışırlar. Mən lazım gələrsə kimə güvənəcəyimi bilərəm".

Seçilən
16
teleqraf.com

1Mənbələr