AZ

Rəşad Sadıqovun final oyununda neçə futbolçunun xidmətindən məhrum olduğu bilindi

Bizon Azərbaycan Kubokunun finalında "Sabah"la üz-üzə gələcək "Zirə"nin meydana neçə itki ilə çıxacağı dəqiqləşib.

Məlumatı Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə verib:

"Cəzalı yalnız məşqçi Vüqar Məmməddir. Bildiyiniz kimi, o, "Səbail"də işlədiyi dönəmdə 20 oyunluq diskvalifikasiya edilmişdi. Final qarşılaşması bu məşqçi üçün artıq kənardan izləməli olduğu 19-cu matçdır. Zədəli isə braziliyalı yarımmüdafiəçi Enrike Kusdodiodur". 

Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun final oyunu 13 may tarixində “Palms Sports Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Nihat

Seçilən
45
1
fanat.az

2Mənbələr