ain.az bildirir, Redaktor.az portalına istinadən.
"Biz özümüz də Sovet İttifaqı adlanan imperiyadan ayrılmış müstəqil bir dövlətik. İmperiya təfəkkürünün insanlıq və bəşəriyyət üçün nə dərəcədə təhdidedici rol oynadığını bizə kənardan izah etməyə ehtiyac yoxdur".
Redaktor.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli MEDİA-nın təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.
"Təəssüf ki, bu gün təsəvvür edin, bir tərəfdən biz rəqəmsal mühitdən, süni intellektin tətbiqindən danışırıq, digər tərəfdən isə yeni imperiya siyasətindən və 21-ci əsrdə yenidən ortaya çıxan imperiya düşüncəsinin təzahürlərindən bəhs edirik. Bu, çox zərərli bir tendensiyadır. O qədər zərərli bir tendensiyadır ki, dövlətlərin nə sərhədlərinə, nə də mənəvi hüdudlarına hörmət tanımır", - deyə o bildirdi.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.