AZ

OPEC in gündəlik neft hasilatı son 24 ildə ən aşağı səviyyəyə düşüb

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-İsrail müharibəsinin yaratdığı gərginlik və Hörmüz boğazının faktiki olaraq bağlanması OPEC ölkələrinin neft hasilatını kəskin azaldıb.

Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, aprel ayında təşkilatın gündəlik xam neft istehsalı əvvəlki ayla müqayisədə 830 min barel azalaraq 20,04 milyon barelə düşüb. Bu göstərici OPEC üçün son 24 ildə ən aşağı səviyyə hesab olunur.

Araşdırmaya görə, OPEC+ çərçivəsində hasilatın artırılması ilə bağlı əvvəlcədən əldə olunmuş razılaşma regiondakı hərbi qarşıdurma səbəbindən reallaşmayıb. OPEC və Rusiyanın daxil olduğu müttəfiq ölkələr aprel ayından hasilatı artırmağı planlaşdırsa da, İran ətrafında yaranan müharibə və Hörmüz boğazında nəqliyyatın məhdudlaşması ixrac imkanlarını ciddi şəkildə zəiflədib.

Apreldə ən böyük hasilat azalması Küveyt tərəfindən qeydə alınıb. “Reuters” bunu ölkənin ixrac həcmlərinin azalması ilə əlaqələndirib. Bununla yanaşı, Səudiyyə Ərəbistanı və İraq da istehsalı azaldan ölkələr sırasında yer alıb.

Körfəz regionunda hasilatı artıran yeganə ölkə isə Birləşmiş Ərəb Əmirlikləri olub. Ölkənin Hörmüz boğazından yan keçən alternativ ixrac marşrutuna malik olması neft daşımalarının davam etdirilməsinə imkan yaradıb. Tanker məlumatları da aprel ayında BƏƏ-nin ixracında artım olduğunu göstərir.

“Reuters”in məlumatına görə, hazırkı göstəricilər hətta 2020-ci ildə COVID-19 pandemiyası dövründə qlobal tələbatın kəskin azalması zamanı qeydə alınan səviyyələrdən də aşağıdır. Araşdırmada həmçinin qeyd olunur ki, aprel ayında Venesuela və Liviya da hasilatı artıran ölkələr arasında olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
yeniavaz.com

2Mənbələr