AZ

Fariz İsmayılzadə: “Tariximizi heç vaxt unutmamalıyıq”

"Azərbaycan cəmiyyətində Prezidentin gündəliyi ətrafında kifayət qədər geniş konsensus formalaşıb. Əhalinin böyük hissəsi bu gündəliyi bölüşür və dəstəkləyir. Bu gündəliyin mahiyyəti nədən ibarətdir? Bir tərəfdən biz tariximizi heç vaxt unutmamalıyıq”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən tədbirdə Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.

O qeyd edib ki, tarix boyu Azərbaycana qarşı baş vermiş soyqırımları, ədalətsizliklər və etnik təmizləmə halları yadda saxlanılmalıdır:

“Məhz bu səbəbdən hər il 20 Yanvar faciəsi, Xocalı faciəsi və digər tarixi hadisələr anılır. Lakin bu gündəliyin digər mühüm komponenti də var - gələcəyə baxış. Bu baxış regional sülhün təmin olunmasını, əməkdaşlığın genişlənməsini və müharibələrin aradan qaldırılmasını nəzərdə tutur.

Yəni burada keçmişin yadda saxlanılması ilə gələcəyin sülh və əməkdaşlıq üzərində qurulması bir-birini tamamlayan iki əsas istiqamət kimi çıxış edir.

Mən hesab edirəm ki, cəmiyyətin böyük əksəriyyəti bu yanaşmanı dəstəkləyir. Yəni insanlar bir tərəfdən keçmişin unudulmamasının vacibliyini qəbul edir, digər tərəfdən isə gələcəkdə sülh istiqamətində addımların atılmasını zəruri sayır.

Bu çərçivədə həyata keçirilən səfərlər, vətəndaş cəmiyyəti ilə görüşlər, ekspert mübadilələri, eləcə də media məkanında və virtual platformalarda yayımlanan materiallar sülh gündəliyinə dəstək verən mühüm addımlar kimi qiymətləndirilə bilər".

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr