AZ

“SİZİ GÜLLƏLƏYƏRDİLƏR...” Paşinyanın vətəndaşla söz atışması + VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Hazırda məzuniyyətdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün İrəvanda bir erməni vətəndaşla mübahisə edib. 

“AzPolitika” xəbər verir ki, Paşinyanın həmin şəxslə söz atışması erməni mediasında və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin erməni 2018-ci ildə Paşinyanı dəstəklədiyini, lakin “Qarabağı satdığı üçün” indi ondan üz çevirdiyini deyib: “Dağlıq Qarabağ”ı təslim etdiniz; 5000 gəncin ölümünün əsas günahkarı sizsiniz".

Bu sözlər Paşinyanı özündən çıxarıb: "5000 rəqəmini haradan aldınız? Biz bu rəqəmi dərc etmişik? Siz həmin alçaqların (müxalifəti nəzərdə tutaraq - red.) ritorikasından istifadə edirsiniz. İtkilərin sayı sizə bəs deyil, hələ 5000 nəfərdən də danışırsınız? Bu qurbanlar nəticəsində biz dövlət və müstəqillik qazandıq. Əgər gəlib bunu Baş nazirin üzünə deyirsinizsə, bu, bizim dövlətimizin, müstəqilliyimizin və demokratiyamızın olduğunu göstərir. Əgər 15 il əvvəl eyni şeyi desəydiniz, sizi tualetdə güllələyərdilər”.

Paşinyan deyib ki, vətəndaşların seçki məntəqəsinə getmək, mövqeyini bildirmək və istədikləri kimi səs vermək hüququ var: “5000 rəqəmindən danışmayın. Əgər xalq mənim getməli olduğuma qərar verərsə, mən itaət göstərib gedəcəyəm”.

Paşinyan əlavə edib ki, “Qarabağ hərəkatı Ermənistan üçün bir tələ olub”: “Qarabağ xalqı yaşamayıb; onlar Koçaryan-Serj(Sarqsyan) klanı tərəfindən girov saxlanılıb ki, Qarabağdan Ermənistanda hakimiyyəti qorumaq üçün bəhanə kimi istifadə edə bilsinlər…”.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azpolitika.info

1Mənbələr