AZ

BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çinin BYD şirkəti Almaniyada avtomobil istehsalı üçün danışılqlar aparır. 

Avtosfer.az xəbər verir ki, çinlilər “Volkswagen”in “Şüşə manufaktura”sını (Gläserne Manufaktur) almağı planlaşdırır. Drezdendə yerləşən bu qüllə vaxtilə lüks modellərin əllə yığıldığı və ən son texnologiyanın sərgiləndiyi məkan kimi yadda qalıb. Son illərdə burada elektomobilllər yığılıb. İndi isə məşhur manufakturada Çin modelləri istehsal edilə bilər.

Çinli istehsalçıların Almaniyaya ciddi maraq göstərməsinin bir səbəbi var: “Made in Germany” damğası ilə satışa çıxarılmış məhsulun bazarda nüfuzu daha yüksəkdir. Bir sözlə, Avropada istehsal Çin firmalarının texnologiyadan daha çox reputasiyaya investisiya qoyduğuna dəlalət edir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr