AZ

“Trump Mobile” olmayan telefon üçün yarım milyon insandan sifariş qəbul edib


ABŞ Prezidenti Donald Tramp ilə əlaqəli olan “Trump Mobile” şirkətinin ilk smartfonu sayılan “T1 Phone” ətrafında qeyri-müəyyənlik daha da artıb.
Yeniavaz.com
“NBC News”ə istinaən xəbər verir ki, şirkət əvvəlcədən sifariş şərtlərini yeniləyib.
Bildirilir ki, sifarişçilərdən alınan 100 dollarlıq depozit nə cihazın istehsalına, nə də alıcılara çatdırılacağına zəmanət verir.
Məlumata görə, təxminən yarım milyon nəfər telefonun əvvəlcədən sifarişi üçün ümumilikdə 59 milyon dollara yaxın vəsait ödəyib. Buna baxmayaraq, layihənin elan edilməsindən təxminən bir il keçsə də, indiyədək alıcılara bir dənə də olsun cihaz göndərilməyib. Üstəlik, əvvəllər rəsmi saytda göstərilən satış tarixi də artıq silinib.
Layihə “The Trump Organization” ilə əlaqələndirilir. “T1 Phone” əvvəlcə 2025-ci ilin sentyabrında satışa çıxarılmalı idi. Lakin “Android Authority”in məlumatına əsasən, təqdimatdan sonra tarix bir neçə dəfə dəyişdirilib və layihə davamlı gecikmələrlə üzləşib.
“Trump Mobile” ilkin mərhələdə telefonu “Amerikada istehsal olunub” şüarı ilə tanıdıb. Ancaq sonradan bu ifadə marketinq materiallarından çıxarılıb və onun yerini “Amerikanın qürur duyduğu dizayn” kimi daha ümumi mesajla əvəz olunub.
Cihazın dizaynı ilə bağlı da şirkət uzun müddət yekun qərar verə bilməyib. İlk təqdimat materiallarında qızılı rəngli “iPhone 16 Pro”nu xatırladan görüntülər istifadə olunub. Daha sonra isə vizual olaraq “Samsung Galaxy S25 Ultra” modelinə bənzər renderlər yayımlanıb. Fevral ayında “Trump Mobile” rəhbərliyi son dizayn variantını təqdim etsə də, cihazın gözlənilən sertifikasiya prosesi ilə bağlı indiyədək rəsmi açıqlama verilməyib.
Seçilən
53
1
yeniavaz.com

2Mənbələr