AZ

"Gadamly" ilk quru yük gəmisi Bakı Limanına yanaşıb

Türkmənistanda istehsal olunmuş ilk quru yük daşıyıcısı “Gadamly” gəmisinin Xəzər sularında üzməyə başlaması ölkələrimiz arasındakı əlaqələrin daha da sıxlaşmasına işarədir. Bu fikirləri Bakı Limanında “Gadamly” gəmisinin qarşılanma mərasimi zamanı "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini Arif Ağayev bildirib. 

O, qeyd edib ki, Orta dəhliz artıq ciddi alternativə çevrilməkdədir və onun əhəmiyyəti artır: “Bu dəhliz üzərində olan ölkələr hər biri öz infrastrukturunu təkmilləşdirməli, artan yük həcminə cavab verə biləcək hala gətirməlidir. Biz Azərbaycan Dəmir Yolları və Bakı Beynəlxalq Dəniz Limanı olaraq infrastrukturumuzu genişləndiririk, əsas dəmir yollarını təkmilləşdiririk, yeni lokomotivlər və vaqonlar alırıq”.

ADY rəsmisi əlavə edib ki, limanın hazırkı ötürücülük qabiliyyəti 150 min TEU-dur. “Lakin dibdərinləşdirmə işləri və yeni avadanlıqlar sayəsində bu göstərici 260 min TEU-ya çatdırılacaq”.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
0
1
azerbaijan-news.az

2Mənbələr