Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Maşa və Ayı” cizgi filmi serialının yaradıcısı Oleq Kuzovkov serial əsasında tammetrajlı film çəkəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Kuzovkov bildirib ki, komandası serialın özünəməxsus yumorunu və üslubunu qoruyaraq, qlobal auditoriyaya “Maşa və Ayı” personajlarının yenilənmiş vizyonunu təqdim edəcək.
Çəkilişlər onun Los-Anceles və Moskvada ofisləri olan yeni “Studio MiM” studiyası tərəfindən həyata keçiriləcək. Kuzovkov bədii filmi 2028-ci ilin sonuna qədər tamamlamağı planlaşdırır.
“Maşa və Ayı” dünyasını tammetrajlı bir filmə çevirmək fürsəti məni həqiqətən çox təsirləndirdi. Bu, həyəcanverici bir yaradıcılıq çağırışıdır və mən bu çağırışı ürəkdən qəbul edirəm”, - animator bildirib.
İlk filmdən əlavə, o, davam filmlərini də çəkməyi nəzərdə tutur.
Qeyd edək ki, “Maşa və Ayı” çizgi filmi serialı 2009-cu ilin yanvar ayında nümayiş olunmağa başlayıb. Layihə həm Rusiyada, həm də xaricdə populyarlıq qazanıb. Serial Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Kanada, Latın Amerikası və Yaxın Şərqdə uğurla yayımlanıb.
Digər tərəfdən, “Maşa və Ayı” serialı “YouTube”da ən çox baxışı olan musiqili olmayan video olaraq qalır. Onun 17-ci seriyası olan “Maşa + Sıyıq” 4,6 milyarddan çox baxış toplayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.