Uşaq evlərinin sakinləri üçün rəqs məşğələləri TƏŞKİL EDİLİB
Ajans.az xəbər verir ki, valideyn himayəsindən məhrum olmuş 4-7 yaş arası 20 uşağı əhatə edən layihənin məqsədi uşaqların özünüifadə bacarıqlarının, sosial ünsiyyətinin, özgüvən hissinin və emosional inkişafının dəstəklənməsidir. Proqram çərçivəsində uşaqlarla idman, milli, bal və müasir rəqs elementlərini özündə birləşdirən məşğələlər keçirilib.Layihənin müəllifi və rəhbəri idman ustası, peşəkar rəqqas və pedaqoq Ruslan Tolmaçov məşğələlər zamanı uşaqlarda ritm duyumu, koordinasiya, komanda işi, səhnə davranışı və yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif interaktiv fəaliyyətlər həyata keçirib.“Tanıma və güvən” layihəsinin davam etdirilməsi nəzərdə tutulub.