Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis belə danışıb:
"Ardıcıl ikinci dəfədir ki, kubokun finalında oynayacağıq. Sabahkı qarşılaşmanı səbirsizliklə gözləyirik. İstəyimiz mövsümü iki titulla başa vurmaqdır. "Zirə"ni də təbrik etmək istəyirəm. Çünki onlar da finala qədər irəliləyiblər. Oyunun maraqlı keçəcəyinə inanıram. Bütün azarkeşləri stadiona dəvət edirəm.
Bu matç mənim üçün böyük önəm daşıyır. Bizim üçün tarixi fürsətdir. Qızıl dubl etsək, klubun adını tarixə yazdırmış olacağıq. Bu görüşdə istənilən nəticə ola bilər. Penaltilər seriyası üzərində işləməmişik. Keçmişdə bir necə kubok finalı görmüşəm. Mənim üçün finalda çıxış etmək təcrübə qazandırmır. Təcrübə hər gün məşqlərdə qazanılır. İnanıram ki, sabahkı görüşdə layiqli komanda qələbə qazanacaq. Çox istəyirəm ki, "Zirə" ilə görüşdə həyəcan olsun, matç gərgin mübarizə şəraitində keçsin".
O, üzərlərində böyük təzyiq olmadığını söyləyib:
"Sizə taktiki gedişlərlə bağlı ətraflı məlumat versəm, marağı qalmaz. Cari mövsümdə "Zirə" ilə 3 dəfə qarşılaşmışıq. İnanın, onların əvvəlki matçlarda hansı taktika ilə oynadıqlarını xatırlamıram. Biz sabahkı görüşə hər oyuna hazırlaşdığımız kimi hazırlaşacağıq. Üzərimizdə böyük təzyiq yoxdur. Meydana çıxıb öz oyunumuzu sərgiləyəcəyik".
Qeyd edək ki, "Sabah" - "Zirə" görüşü mayın 13-də, saat 20:00-da "Palms Sports Arena"da baş tutacaq.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.