Bu il mayın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 678,4 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində bildirilir.
Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 7,8 % azdır.
Təkcə apreldə ölkənin xarici dövlət borcu 10,9 milyon ABŞ dolları azalıb.
Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.