AZ

Yerevanda Pashinyanı “xain” adlandıran şəxs həbs edilib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Yerevanda Ermənistan Baş naziri Nikol Pashinyanı “xain” adlandıran şəxs saxlanılıb. Ona nifrət yaratmaq maddəsi üzrə ittiham irəli sürülüb. Hadisə paytaxtın Şenqavit inzibati rayonunda baş verib; burada erməni baş nazir iyun ayında keçiriləcək parlament seçkiləri ilə əlaqədar təşviqat kampaniyası aparırdı.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Bir nəfər saxlanılıb və Şenqavit Rayon Polis İdarəsinə gətirilib. Ona qarşı ictimaiyyət arasında nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçilik yaratmaq və ya bu məqsədlə materiallar yaymaqla bağlı şübhələr maddəsi ilə ittiham irəli sürülüb,” – deyə nazirlikdən bildirilib.

Əvvəlcə erməni sosial şəbəkələrində polis tərəfindən saxlanılan şəxsin videosu yayılıb. Videodan görünür ki, kişi evinin qarşısında əli qandallanır, maşına oturdulur və aparılır. Daha sonra məlum olub ki, saxlanılan şəxs bloqer Artak Avetisyandır.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
bizimyol.info

1Mənbələr