AZ

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, B.Muradova gənc qızların təhsilinə dəstək məqsədilə həyata keçirilən layihələrin uzun illər formalaşmış ənənələrin davamı olduğunu və mühüm sosial missiya daşıdığını bildirib. O, “Gənc qızların təhsilinə dəstək” layihəsinin xüsusi əhəmiyyətini qeyd edərək, Komitə ilə Fond arasında formalaşan yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində layihənin uğurla icra olunduğunu diqqətə çatdırıb. Sədr, həmçinin layihənin gələcəkdə daha geniş miqyasda, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi perspektivərindən danışıb.

N.Məmmədli Fondun sosial və təhsil yönümlü, o cümlədən tələbələr üçün müxtəlif güzəştləri nəzərdə tutan layihələri barədə məlumat verib. Bu təşəbbüslərin gənclərin sosial rifahına və təhsil həyatına dəstək məqsədi daşıdığını qeyd edib. O, xüsusilə gənc qızların ali təhsil imkanlarının genişləndirilməsinə yönələn layihələrin Fondun prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Görüş zamanı layihə ilə bağlı planlar və gələcək inkişaf istiqamətləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi məqsədilə təkliflər səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
azertag.az

2Mənbələr