AZ

Verilişə 6 milyon dollarlıq saat taxıb gəldi

Amerika futbolu tarixinin ən yaxşı oyunçularından biri olan Tom Bredi bahalı saatı ilə diqqət çəkib.

BAKU.WS "Page Six"a istinadən xəbər verir ki, o qonaq olduğu "The Roast of Kevin Hart" verilişinə bahalı saat taxaraq qatılıb.

6 milyon 130 min 204 dollar qiyməti olan aksessuar "Rolex" markasına aiddir. 18 karatlıq ağ qızıldan hazırlanan saat "Rolex"in "Sea-Dweller" modelidir.

"SwissWatchExpo" şirkətinin baş direktoru Yevgeni Tutunikov jurnalistlərə bildirib ki, belə nadir modelin əsl bazar dəyəri bilinsə də ,onun məşhur idmançı tərəfindən seçilməsi bu dəyəri birə ikiqat artırır.

Seçilən
21
1
far.az

2Mənbələr