Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 12 may, AZƏRTAC
Bu il bütün Türk dünyasında 1-ci Türkoloji Qurultayın 100 illiyi qeyd olunur. Məlum olduğu kimi, həmin qurultayda türk dilləri ilə bağlı bir sıra mühüm məsələlər müzakirəyə çıxarılıb. Bunlar sırasında ortaq türk əlifbasının yaradılması, türk dillərinin imla qaydalarının uyğunlaşdırılması, eləcə də müxtəlif türk dillərində terminologiyanın yaxınlaşdırılması və ortaq terminoloji bazanın formalaşdırılması xüsusi yer tutub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev bildirib.
O qeyd edib ki, son illərdə Akademiyanın ən mühüm layihələrindən biri türk dillərində terminoloji lüğətlərin hazırlanmasıdır.
“Bu lüğətlər müxtəlif sahələri əhatə edir və sistemli şəkildə tərtib olunur. İndiyədək bu istiqamətdə 7 lüğət hazırlanıb. Onların sırasında tibb, iqtisadiyyat, hərbi terminologiya və digər sahələr üzrə lüğətlər yer alır. Bu nəşrlər 9 türk dilini əhatə etməklə yanaşı, həmçinin ingilis və rus dillərində qarşılıqlı terminlərin də daxil edilməsi ilə daha geniş elmi istifadəyə imkan yaradır”, - deyə o əlavə edib.
Akademik vurğulayıb ki, layihənin əsas məqsədi türk dillərində terminoloji yaxınlaşmanı təmin etmək, ortaq elmi terminologiyanın formalaşmasına zəmin yaratmaqdır.
Müxbir – Günel Alıyeva
Videooperator – Vüsal Tağıyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.