AZ

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti beynəlxalq aqrar sərgi və forumlarda innovativ yanaşmalarını nümayiş etdirib

ain.az, Azertag saytına istinadən bildirir.

19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və Aqronomların II Beynəlxalq Forumu çərçivəsində “Agro Dairy” şirkəti aqrar və qida sənayesindəki fəaliyyət istiqamətlərini, müasir texnoloji həllərini və dayanıqlı inkişaf yanaşmalarını təqdim edib.

Şirkət sərgidə 3 fərqli stendlə iştirak edərək “torpaqdan süfrəyədək” prinsipi əsasında qurduğu vertikal inteqrasiya olunmuş istehsal modelini nümayiş etdirib. Stendlərdə müxtəlif toxum növləri, “Milla Dairy” məhsulları, yem məhsulları və əlavələri, un və soya məhsulları ilə yanaşı, müasir kənd təsərrüfatı aqreqatları da təqdim olunub. Açıq hava sərgi hissəsində nümayiş etdirilən simmental və holstein cinsli heyvandarlıq nümunələri isə iştirakçıların xüsusi diqqətini cəlb edib.

Tədbir çərçivəsində keçirilən panel sessiyalarında şirkətin nümayəndələri aqrar sektorun inkişaf perspektivləri, qabaqcıl idarəetmə yanaşmaları və dayanıqlı istehsal modelləri ilə bağlı çıxışlar ediblər.

“Agro Dairy” İdarə Heyətinin sədri Niyazi Əmirbəyov “CEO kimi düşün” interaktiv keys sessiyasında panelist qismində iştirak edərək aqrobiznesdə strateji idarəetmə prinsipləri, innovativ yanaşmaların tətbiqi, dəyişən bazar tələblərinə uyğunlaşma və qida sənayesinin gələcək inkişaf istiqamətləri ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. Şirkətin Maliyyə üzrə baş inzibatçısı Elnur Əliyev “Azərbaycanda aqrobiznesin inkişafı və dəstək proqramları: kiçik təsərrüfatlardan böyük aqrokorporasiyalara qədər” mövzusunda keçirilən paneldə çıxış edərək aqrar sektorda maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət təşviq mexanizmlərinin əhəmiyyəti və müasir maliyyə alətlərinin biznesin inkişafına təsiri ilə bağlı məsələlərə toxunub.

Dövlət–özəl tərəfdaşlıq çərçivəsində keçirilən Aqronomların II Beynəlxalq Forumunda “Qəbələ Aqropark” MMC-nin İstehsal rəhbəri Ramin Balakişiyev “Heyvandarlıq və baytarlığın aktual problemləri və innovativ həll yolları” mövzusunda təşkil olunan panel müzakirəsində iştirak edib. Panel çərçivəsində sahədə mövcud çağırışlar və müasir yanaşmalar ətrafında müzakirələr aparılıb.

Sərgi və forum müddətində “Agro Dairy”nin təqdim etdiyi məhsul və texnoloji həllər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şirkət üçün beynəlxalq aqrar platformalarda iştirak yeni tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsinin genişləndirilməsi və Azərbaycanın aqrar potensialının beynəlxalq səviyyədə təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.

Tədbir çərçivəsində şirkət nümayəndələri yerli və beynəlxalq tərəfdaşlarla bir sıra B2B görüşlər keçirərək gələcək əməkdaşlıq imkanları və perspektiv layihələr ətrafında müzakirələr aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr