Ermənistanın Rusiyadan ayrılmaq planı yoxdur və uşaqları paylaşmaq da planlaşdırılmır.
Publika.az xəbər verir ki, bu fikirləri respublika parlamentinin sədri Alen Simonyan 24news.am nəşrinin "YouTube" kanalına şərhində bildirib.
Siyasətçi qeyd edib ki, ölkəsi Rusiya Federasiyası ilə münasibətləri kəsmək məqsədi güdmür.
Onun sözlərinə görə, Moskva və İrəvan arasında yaranan mübahisələr tərəflərin qarşılıqlı mövqe mübadiləsi apardığı adi siyasi dialoqun bir hissəsidir. Simonyan vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olaraq qalır və bu təşkilatdan çıxmaq barədə heç bir müzakirə aparılmır.
Mayın 9-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarının xüsusi nəzərdən keçirilməsinə ehtiyac olduğunu bəyan edib. Rusiya lideri bu məsələ ilə bağlı respublikada referendumun keçirilməsini təklif edib. O qeyd edib ki, əgər erməni xalqı bu təşəbbüsə səs verərsə, Rusiya mülayim, sivil və qarşılıqlı faydalı bir ayrılıq yolu ilə gedə bilər.