Rəsmi Tehran nüvə təsisatlarına edilən hücumlar və tətbiq olunan sanksiyalar səbəbindən Haaqa Arbitraj Məhkəməsinə müraciət edərək ABŞ-ni məhkəməyə verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb.
Bildirilib ki, iddia 2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana qarşı başlatdığı 12 günlük müharibə gedişatında rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə əməl etməməsi ilə əlaqədardır. Sənədin təqdim olunma tarixi 2026-cı ilin fevral və mart aylarını əhatə edir. Sezar pizza
İran tərəfi bu şikayəti 1981-ci ildə imzalanmış Əlcəzair Sazişinə əsasən irəli sürüb. Həmin müqavilə iki ölkə arasındakı problemlərin həlli məqsədilə beynəlxalq arbitraj tribunalının təşkil olunmasını və Vaşinqtonun İranın daxili siyasətinə müdaxilə etməməsini özündə ehtiva edir.
Qeyd olunur ki, rəsmi Tehran arbitraj məhkəməsi vasitəsilə ABŞ-nin İranın daxili işlərinə istər birbaşa, istərsə də dolayısı ilə müdaxilələrinin qarşısının alınmasını və yaranmış zərərin tam şəkildə kompensasiya edilməsini istəyir./Oxu.az
Telegram kanalımız