AZ

Almaniyalı hərbçilər Niderlandda hücuma məruz qalıb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Niderlandın Limburg əyalətində yerləşən NATO qərargahında xidmət edən iki Almaniya hərbçisi naməlum şəxslərin hücumuna məruz qalıb.

"Hart van Nederland" portalının məlumatına görə, hücum edən şəxslər maskalı olub və “NATO əleyhinə şüarlar” səsləndiriblər.

Hadisə nəticəsində alman hərbçilər yüngül xəsarət alıblar.Faktla bağlı araşdırmanı Niderlandın Kral Hərbi Polisi aparır.Şübhəlilərin saxlanılıb-saxlanılmadığı barədə də məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
3
apa.az

4Mənbələr