AZ

“Rəşadın ailəsini narahat edirlər, qardaşı dedi ki...” - Rəşad Dağlı ilə bağlı MÜRACİƏT etdi - FOTO+ÖZƏL

“Sosial şəbəkələrdə mənim adımdan paylaşıblar ki, “gözünüz aydın olsun, Rəşad Dağlı azadlıqdadır”. Bu sözləri həqiqətən də o vaxt Mübariz Mənsimov azadlığa çıxanda mən paylaşmışdım. Amma o cümlənin əvvəlini kəsib, Rəşadın adını düzəldiblər. Ailəsini narahat ediblər. Sizin saytınız vasitəsilə müraciət edirəm. Xahiş edirəm, belə paylaşımlar edib, Rəşadın sevənlərini sonradan üzməyin. Mən inanmıram ki, bu videonu paylaşanlar Rəşadı çox istəyən insanlardır. Bu reytinq naminə atılan bir addımdır”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış meyxanaçı Ağamirzə Məmmədov deyib.

O daha sonra Rəşad Dağlının ailəsi ilə mütəmadi olaraq əlaqə saxladığını bildirib:

“Mənə də xoş deyil. Niyə ailəsi elə bilsin ki, bunu mən etmişəm? Bilirsiniz nə qədər adam mənə zəng edib? Həmin insanlara demək istəyirəm ki, bu əməllərindən əl çəksinlər. Hamı onun azadlığa çıxma xəbərini gözləyir. İnşallah ki, o gün o qədər də uzaqda deyil. Rəşadın qardaşı ilə görüşürəm, maraqlanıram. Hələ ki, həbsxanadan çıxması ilə bağlı heç bir söz deyilmir” deyə o bildirib.

Ağamirzə Məmmədov toylarla bağlı da danışıb:

“Deməzdim ki, toyların sayı çoxalıb. Əksinə, adda-budda toylar olur. Əsas toy mövsümü Məhərrəm ayından sonra olacaq. Avqustda toyların çox olması planlaşdırılır.

Bir neçə dəvət də gəlib. Mən hələ indiyə qədər heç kimə pul deməmişəm. Kim nə qədər veribsə min bərəkət deyib qəbul etmişəm” deyə meyxanaçı bildirib.

Seçilən
25
1
moderator.az

2Mənbələr