Lənkəranda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Səhəd Dədəyev "VAZ-2107" markalı nəqliyyat vasitəsilə dönmə əməliyyatını yerinə yetirərkən İran vətəndaşı Yasir Əzizadənin idarə etdiyi "Volvo" markalı yük avtomobili həmin maşına çırpılıb. Bundan sonra idarəetməni itirən "VAZ-2107" markalı minik avtomobili Əli Ramazanovun idarə etdiyi "Toyota Prius" markalı minik avtomobilinə, daha sonra isə yolun kənarındakı dirəyə dəyib. Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü diz və burun nahiyəsindən xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.