AZ

Fergus Auld: Ermənistanla sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndiririk

BAKI, 12 may. TELEQRAF

Dayanıqlı sülh bütün tərəflərdən uzun illər səbr və səylər tələb edəcək. Amma etiraf etməliyik ki, Azərbaycan artıq çox böyük bir yol qət edib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.

Səfir Ermənistanla sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirib:

"Ən təsiredici məqam Ermənistanla sülh istiqamətində əldə edilənlər tərəqqidir. Mən 2022-ci ilin yanvarında Gəncəyə gələndə 44 günlük müharibənin raket zərbələrinin fəsadları hələ də şəhərdə görünürdü. Lakin ötən həftə Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində Azərbaycan və Ermənistan arasında sülhün real olmağı ilə bağlı mühüm mesajlar verdi".

F.Auld həmçinin delimitasiya prosesinə toxunub:

"Bir neçə gün əvvəl Baş nazirin müavini Şahin Mustafayev ikitərəfli Sərhəd Komissiyasına həmsədrlik etmək üçün Ermənistana səfər etdi. Bütün bunlar sülhün möhkəmlənməsinə xidmət edən mühüm addımlardır".

Seçilən
0
1
teleqraf.com

2Mənbələr