4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
Salyan rayonunda dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb.“BUTA.TV”nun əldə etdiyi məlumata görə, Qarabağlı kənd sakini 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb. Onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Polisin apardığı axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” adlanan ərazidə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Ziya Əmirxanlı