AZ

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti "Qanlı dərə"də tapılıb

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

 

Rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

 

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.

 

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Report

Tarix: 12 May 2026, 21:55   
Seçilən
70
11
pravda.az

10Mənbələr