AZ

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

Küveyt Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada İran səfirinin çağırıldığını və ona etiraz notasının təqdim edildiyini bildirib. 

Bizim.Media xəbər verir ki, İran səfirinin çağırılmasını əsaslandıran nazirlik, bunun "SEPAH-ın bir qrup üzvünün Bubiyan şəhərinə sızması və Küveyt qüvvələri ilə toqquşması" hadisəsindən sonra həyata keçirildiyini açıqlayıb. 

Küveyt hakimiyyəti bunu suverenliyinin pozulması adlandırıb və İranı günahlandıraraq bu cür hərəkətlərə dərhal son qoyulmasını tələb edib. 
 

Bəyanatda həmçinin qeyd olunur ki, Küveyt özünümüdafiə və beynəlxalq hüquqa uyğun olaraq lazımi tədbirlər görmək hüququnu özündə saxlayır. 


“Associated Press” qeyd edir ki, Bubian adasında Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün bir hissəsi olaraq tikilən Mübarək Əl-Kəbir limanı yerləşir. Obyektə ABŞ ilə İran arasında son gərginlik zamanı hücum edilib.

Bizim.Media

Seçilən
35
1
bizim.media

2Mənbələr