Hörmüz boğazı may ayının sonuna qədər bağlı qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat dərc edib.
Agentlik qeyd edib ki, ABŞ Energetika Nazirliyinin statistika idarəsi Hörmüz boğazının may ayının sonuna qədər faktiki olaraq bağlı qalacağını və gələn aydan etibarən gəmiçilik trafikinin tədricən bərpa olunacağını gözlədiyini bildirib.
Həmçinin vurğulanıb ki, müharibədən əvvəl qlobal neft tədarükünün beşdə birini təşkil edən Hörmüz boğazından keçən trafikin bu ilin sonuna qədər müharibədən əvvəlki səviyyəyə qayıtması gözlənilmir.
Bizim.Media