ABŞ senatoru Lindsi Qrem Pakistanın vasitəçi roluna şübhə ilə yanaşdığını bildirib.
Musavat.com xəbər verir ki, senator Pakistanın İrana yaxın davranmaqda ittiham oluna biləcəyini deyib.
Qrem bildirib ki, əgər İranın hərbi obyektlərini qorumaq üçün İran təyyarələri həqiqətən Pakistan bazalarında yerləşdirilibsə, o zaman Vaşinqton başqa vasitəçi axtarmalıdır.
“Pakistana mümkün olan qədər etibar etmirəm. Belədirsə, başqa vasitəçi tapmalıyıq. Təəccüblü deyil ki, bu təşəbbüs nəticə vermədi”, – deyə senator vurğulayıb.
Musavat.com