AZ

Real dakı davanı mediaya sızdıran şəxs bəlli oldu

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Real"dakı davanı mediaya sızdıran şəxs bəlli oldu

"Real"ın prezidenti Florentino Perez komandanın futbolçuları Federiko Valverde və Aurelien Tçuameni arasında baş verən dava ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, Madrid klubunun rəhbəri keçirdiyi mətbuat konfransında insident barədə məlumatı mediaya ötürən şəxsin artıq müəyyən edildiyini söyləyib:

"Valverde ilə Tçuameni arasındakı dava barədə məlumatı sızdıran şəxsi tapmışıq. O, klubdan ayrıldığı üçün qəzəblidir və buna görə bu informasiyanı yayıb".

Xatırladaq ki, mayın 7-də məşq zamanı Federiko Valverde ilə Orelien Tçuameni arasında başlayan sözlü mübahisənin sonradan paltardəyişmə otağında davaya çevrilib. Məlumata görə, uruqvaylı futbolçu başından xəsarət alıb və xəstəxanaya aparılıb. Hər iki yarımmüdafiəçinin 500 min avro məbləğində cərimələndiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
2
qol.az

3Mənbələr