ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Tramp onunla Rusiya prezidenti Vladimir Putin arasında Rusiyanın bütün Donbası əldə etməsinə dair hər hansı razılaşmanın olmadığını bildirib.
O qeyd edib ki, bu məsələ ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
Tramp eyni zamanda bu il ərzində Rusiyaya səfər edə biləcəyini də istisna etməyib.
Musavat.com