AZ

İlon Mask və Tim Kuk ABŞ Prezidenti ilə birlikdə Çinə səfər edəcəklər

Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın 13-15 may tarixlərində Çinə planlaşdırılan səfərində ölkənin aparıcı şirkətlərinin rəhbərləri də iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, “Newsmax” nəşrinin məlumatına görə, Ağ Ev yüksəkvəzifəli biznes nümayəndələrindən ibarət geniş heyəti də Çinə səfərə dəvət edib.

Nümayəndə heyətində “Tesla” və “Apple” şirkətlərinin rəhbəri İlon Mask və Tim Kuk da yer alacaq. Heyətə, həmçinin “Goldman Sachs” şirkətinin icraçı direktoru David Solomon, “Blackstone” şirkətinin rəhbəri Stiven Şvartsman, “BlackRock” şirkətinin icraçı direktoru Larri Fink və “Citigroup” rəhbəri Ceyn Freyzer daxil edilə bilər.

Eyni zamanda, “Boeing” şirkətinin baş direktoru Kelli Ortberq, “GE Aerospace” və “Mastercard” korporasiyalarının rəhbərləri Lourens Kalp və Maykl Mibaxın da səfərə dəvət olunduğu bildirilir.

Qeyd edək ki, Çin tərəfi daha əvvəl Donald Trampın Pekinə səfərini rəsmən təsdiqləmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
3
yeniazerbaycan.com

4Mənbələr