AZ

Azərbaycanda bağçada MƏRMİ TAPILDI – Uşaqlar təxliyə edildi – VİDEO

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında həyəcanlı anlar yaşanıb. Yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.

Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.

İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

/bakupost.az

Seçilən
0
11
editor.az

10Mənbələr