
Avstriyanın paytaxtı Vyanada “Avroviziya 2026” mahnı müsabiqəsi başlayıb.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanı müsabiqədə müğənni JIVA təmsil edir. O, “Just Go” adlı mahnını ifa edəcək.
Xatırladaq ki, Azərbaycan təmsilçisi ikinci yarımfinalda səhnəyə çıxacaq.
Qeyd edək ki, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.