AZ

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları qarşılayıblar.

Seçilən
23
33
azerbaijan-news.az

10Mənbələr