ain.az, Fanat portalına istinadən məlumat verir.
İspaniya nəhəngi "Real Madrid" son zamanlar ulduz futbolçusu Kilian Mbappe ilə bağlı yaranan gərginliklərə baxmayaraq, onu komandada saxlamaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, "Defensa Central" nəşrinin yaydığı məlumata görə, rəhbərlik fransalı hücumçunu satmaq barədə heç bir plan qurmır.
Klub prezidenti Florentino Peresin yaxın vaxtlarda Mbappe ilə daxili iclas keçirərək son davranışları barədə söhbət edəcəyi gözlənilir.
"Kral klubu" həm futbolçu, həm də onun ətrafı ilə hər hansı ciddi qarşıdurmadan qaçmaqda və münasibətləri qorumaqda qərarlıdır.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.