AZ

Çin gələcəyin maşınını göstərdi: iki və dörd ayaq üzərində hərəkət edir

Çinin Unitree Robotics şirkəti dünyada ilk dəfə seriyalı istehsal edilən pilotlu robot-transformeri təqdim edib.

Musavat.com xəbər verir ki, GD01 adlı robot həm iki, həm də dörd ayaq üzərində hərəkət edə bilir. Şirkətin məlumatına görə, bu texnologiya mülki nəqliyyat vasitəsi kimi istifadə üçün nəzərdə tutulub.

Robotun insanla birlikdə ümumi çəkisi təxminən 500 kiloqram təşkil edir. Bildirilir ki, GD01 müxtəlif relyef şəraitində hərəkət imkanına malikdir və transformasiya funksiyası ilə seçilir.

Yeni modelin satış qiyməti 3,9 milyon yuanadan başlayır.

 

Musavat.com

Seçilən
13
16
musavat.com

10Mənbələr