AZ

Mercedes-dən gözlənilməz qərar

Almaniyanın avtomobil nəhəngi Mercedes-Benz Berlində fəaliyyət göstərən bütün avtosalonlarını satıb.

Musavat.com xəbər verir ki, Bild nəşrinin məlumatına görə, şirkətin Almaniya paytaxtındakı yeddi filialı kanadalı iş adamı, Alpha Auto Group rəhbəri Kuldip Billanın nəzarətinə keçib. Həmin obyektlərdə ümumilikdə təxminən 1,5 min əməkdaş çalışır.

Məlumata əsasən, Mercedes-Benz yalnız Berlinlə kifayətlənməyi planlaşdırmır. Şirkətin Hamburq, Münhen və Reyn–Rur bölgəsindəki avtosalonlarını da satmağa hazırlaşdığı bildirilir.

Nəşrin yazdığına görə, bu addımlar nəticəsində Almaniyada ümumilikdə 8 minədək iş yerinin təhlükə altına düşə biləcəyi qeyd olunur.

 

Musavat.com

Seçilən
11
6
musavat.com

10Mənbələr