AZ

Ağ Ev: Donald Tramp mayın 26-da tibbi müayinədən keçəcək

ABŞ Prezidenti Donald Tramp mayın 26-da tibbi müayinədən keçəcək.

 

Bu barədə "Bloomberg" agentliyi Ağ Evə istinadən məlumat yayıb.

 

Bəyanata əsasən, Merilenddəki Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzində aparılacaq müayinəyə profilaktik müayinələr çərçivəsində Prezidentin illik stomatoloji və tibbi müayinəsi daxil olacaq.

 

Ağ Evdən bildirilib ki, son bir ay ərzində Tramp yalnız iki dəfə stomatoloq qəbulunda olub. O, sonuncu dəfə mayın 2-də Floridada stomatoloq yanında olub.

 

Ötən istirahət günləri ABŞ KİV-ləri onun əllərində göyərmə göründüyü, bəzilərinin isə görünür, tonal kremlə gizlədildiyi fotolarını dərc edib. Tramp bunu tez-tez əl sıxışmaları ilə izah edib. Ağ Ev isə səbəb kimi qanı durulaşdıran dərmanların qəbulunu göstərib.

 

Seçilən
116
senzor.az

1Mənbələr