Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-15 may tarixləri aralığında Qazaxıstana səfər edəcək.
Puplika.az xəbər verir ki, Ərdoğan səfərinin ilk günündə paytaxt Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşəcək.
Daha sonra Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı baş tutacaq.
Ərdoğan mayın 15-də Astanadan Türküstan vilayətinə gedəcək. Türkiyə lideri burada təşkil olunacaq Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.