BAKI, 13 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çinə başlayacaq dövlət səfəri çərçivəsində əsas diqqətin ticarət-iqtisadi münasibətlərə yönələcəyini bildirib.
Teleqraf xəbər verir ki, Ağ evdə jurnalistlərə açıqlama verən Tramp Çin Xalq Respublikasının Sədri Xi Jinping ilə əsasən ticarət məsələlərini müzakirə edəcəyini deyib.
“Düşünürəm ki, biz hər şeydən çox ticarətdən danışacağıq”, - ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, ABŞ və Çin dünyanın ən güclü dövlətləridir:
“Biz iki supergücük. Hərbi gücə görə dünyanın ən güclü ölkələriyik. Çin ikinci hesab olunur”, - deyə o vurğulayıb.
ABŞ Prezidenti həmçinin Si Cinpinlə münasibətlərinin yaxşı olduğunu və bunun davam edəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Trampın Çinə səfəri mayın 13-15-ni əhatə edəcək. Səfərin əvvəlcə martın sonu, aprelin əvvəlində keçirilməsi planlaşdırılsa da, ABŞ və İsrailin İranla müharibəyə başlamasından sonra təxirə salınmışdı.