AZ

Bu şəxslərin hərbi xidmət qaydaları dəyişir Milli Məclis qəbul etdi

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycanda diplomatik korpusun əməkdaşları üçün yeni sosial müdafiə mexanizmləri hazırlanır. Parlamentin son iclasında gündəmə gələn təkliflər hərbi xidmətə yollanan diplomatların həm maddi təminatını, həm də iş yerlərinin qorunmasını nəzərdə tutur.Demokrat.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Yeni qaydalara əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılan diplomatlara orta aylıq məvaciblərinin 3 misli miqdarında birdəfəlik müavinət veriləcək. Eyni zamanda, hərbi xidməti başa vuran şəxslər 60 gün ərzində müraciət edərək əvvəlki və ya oxşar vəzifələrinə qayıtmaq hüququ qazanacaqlar.Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.Yəni, əgər diplomat hərbi xidmətə çağırılarsa, ona üç aylıq maaşı qədər pul veriləcək və əsgərlikdən qayıtdıqdan sonra köhnə işinə bərpa olunmaq imkanı yaradılacaq.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
132
demokrat.az

1Mənbələr