AZ

Ekspert: Xəzəryanı ölkələrin gəmiçiliyi nə qədər inkişaf edərsə, Orta Dəhlizin rəqabət qabiliyyəti bir o qədər artar

"Gadamly" yük gəmisi Türkmənistan istehsalı olan ilk gəmidir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına daxil olur. Türkmənistanın Türkmənbaşı limanı ilə Bakı limanı arasında yükdaşıma mövcud idi. "Gadamly" yük gəmisinin Bakı limanına yan almasının əhəmiyyəti ondan ibarətdir ki, Xəzər dənizində sağlam rəqabət formalaşır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı beynəlxalq nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin gəmiçilik təsərrüfatı nə qədər çox inkişaf edərsə, Orta Dəhlizin də rəqabət qabiliyyəti və bu marşruta maraq o qədər artar.

"Xəzər dənizində ən qısa məsafə Bakı limanı ilə Türkmənbaşı limanı arasındadır. Bu 300 kilometrlik yolu gəmilər 12 saata qət edirlər. Azərbaycan ilə Türkmənistan arasında yükdaşımanın artması ümumilikdə Orta Dəhlizin cəlbediciliyini artıran faktorlardandır. Türkmənbaşı limanları Xəzərdə ən böyük həcmdə yük qəbul etmək imkanına malikdir. Bu liman 17 milyon ton yük və 400 min konteyner qəbul etmək iqtidarındadır. Hazırda digər ölkələrlə yanaşı, Türkmənbaşı limanında da dibdərinləşdirmə işləri aparılır və bu işlərin bir qismi başa çatıb”, - deyə ekspert sözlərini tamamlayıb.

Seçilən
11
3
ekologiya.az

4Mənbələr