Yazını böyüt
Yazını kiçilt
ABŞ İranla dialoq prosesində əsas vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmır.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib:
“Xeyr, onlar möhtəşəmdirlər. Pakistanlılar çox yaxşı iş görürlər. Feldmarşal və Pakistanın Baş naziri tamamilə möhtəşəm fəaliyyət göstərirlər”.
Tramp bildirib ki, ABŞ yalnız “yaxşı və məqbul hesab edilən” şərtlər daxilində sülh razılaşmasını imzalamağa hazır olacaq. Onun sözlərinə görə, hazırkı mərhələdə vasitəçi dəyişdirilməsi gündəmdə deyil və Pakistan dialoq prosesində mühüm rolunu davam etdirir.