AZ

Sovet televiziyasının əfsanəsi vəfat etdi

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

SSRİ və Rusiya televiziyasının tanınmış simalarından biri olan teleaparıcı Vladimir Molçanov 75 yaşında dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, jurnalist son illər ciddi sağlamlıq problemlərindən əziyyət çəkirdi. O, 2025-ci ildə bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi. Yay aylarında isə mədə-bağırsaq qanaxması şübhəsi ilə xəstəxanaya aparılmışdı. Vladimir Molçanov 2021-ci ildə onkoloji xəstəlik səbəbindən qaraciyər transplantasiyası keçirmiş, 2022-ci ildə isə infarkt olmuşdu.

Vladimir Molçanov sovet televiziyasının ən məşhur aparıcılarından biri hesab olunurdu. O, xüsusilə “Gecəyarısından əvvəl və sonra” proqramı ilə geniş şöhrət qazanmışdı. 1980-ci illərin sonlarında eyni vaxtda “Vremya” proqramını, səhər efirlərini və öz müəllif layihəsini aparırdı.

Molçanov Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə “Novosti” Mətbuat Agentliyində başlamış, daha sonra Niderlandda xüsusi müxbir kimi çalışmışdı. “Qisas həyata keçirilməlidir” kitabına görə Maksim Qorki mükafatına layiq görülmüşdü.

O, həmçinin 1998 və 2001-ci illərdə Rusiyanın nüfuzlu TEFI televiziya mükafatını qazanmışdı. Vladimir Molçanov uzun illər sovet və postsovet televiziya jurnalistikasının simvolik fiqurlarından biri kimi tanınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
moderator.az

3Mənbələr