AZ

Dərnəgül dəmir yolu dayanacağından bölgələrə səfər etmək mümkün olacaq

Bu il 6 iyundan başlayaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından da bölgələrə səfər etmək mümkün olacaq.

Bu barədə "APA-Economics" "Azərbaycan Dəmir Yollarına" istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan tarixdən etibarən Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə bölgələrimizə səfər etmək mümkün olacaq.

Qeyd olunur ki, biletləri isə artıq ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə eetmək olar.

Seçilən
1
4
apa.az

6Mənbələr