AZ

Bəzi mallara ƏDV ləğv edilsə nə olar?

"Publik çıxışlarda, müsahibələrdə dəfələrlə qeyd etmişik ki, inflyasiya ilə mübarizədə istənilən hökumətin əlində ən yaxşı, tez həyata keçirilən və həmən də effekt verən alət vergi-rüsum siyasətidir. Xatırlayırsınızsa, Respublikaçı Alternativ olaraq təşəbbüsümüz də var idi ki, ərzaq, dərman və bəzi sosial əhəmiyyətli məhsullara ƏDV ya ləğv edilsin, ya da, simvolik olaraq 2% təyin edilsin".
Bunu REAL Partiyasının sədri Natiq Cəfərli deyib.
O əlavə edib ki, dünyada neft qiymətlərinin kəskin artması, məntiqi olaraq benzin, dizel və avia-kerosinin də qiymətlərini artırıb:
ABŞ hökuməti bundan narahatdır, ona görə də, Tramp dünən elan etdi ki, 1993-cü ildən təyin edilmiş federal yanacaq vergisi ləğv ediləcək – Amerikada federal benzin vergisi dəyişməzdir, hər qallon (3,78 litr) üçün 18,4 sent təşkil edir. Dizel yanacağı üçün isə bu vergi növü 24 sentdir. Federal hökumətdən başqa ştatların da öz yanacaq vergisi var - ən aşağı olan ştatlarda bu 33 sent, “solçuların” mərkəzi olan Kaliforniyada isə 70 sentdir.
Tramp federal vergini ləğv edir – yəni, 1 qallon benzin avtomatik olaraq 18,4 sent ucuzlaşacaq, Respublikaçıların hakimiyyətdə olduğu ştatlarda isə ştat vergisi, yəni, 33 sent də ləğv ediləcək. Beləliklə, ümumilikdə Respublikaşıların əlində olan ştatlarda bir qallon benzin 51,4 sent ucuzlaşacaq – Demokratların hakimiyyətdə olduğu ştatlarda bu vergi növü ləğv edilməsə, bu həm də Trampın ağıllı siyasi gedişi olacaq, əhali onlardan narazı qalacaq.
Azərbaycanda dərmanlara, uşaq bezlərinə və yeməklərinə, gündəlik təlabat mallarına təyin edilmiş 18% ƏDV doğru deyil, 2%-ə salınsa, məsələn, dərmanlarda, uşaq bezi və yeməklərində 15% civarında qiymət düşər – indi ölkə üçün göydəndüşmə əlavə gəlir peyda oldu, neft qiymətləri kəskin artdı və Azərbaycan bu il nəzərdə tutulndan əlavə olaraq, hardasa, 2 mlrd. dollar vəsait qazanacaq. Bu vəsait elə vergi güzəştləri üçün əsas da yaradır - yəni, güzəştin mənbəyi də var.."
News365.az
Seçilən
2
2
news365.az

3Mənbələr