AZ

Bir gündə 47 cinayətin üstü açılıb - DİN

Azərbaycanda mayın 12-də qeydə alınan 47 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, axtarışda olan ümumilikdə 124 nəfər saxlanılıb. Onlardan 103 nəfəri borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.

Nazirlik bildirib ki, narkotiklərlə əlaqəli 20 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 14 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Gülnar 

Seçilən
16
49
anews.az

10Mənbələr