AZ

Azərbaycan və Oman təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdilər

BAKI, 13 may. TELEQRAF

Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov bu ölkənin təhsil nazirinin müavini Bader Al Xarusi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Oman arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, tələbə və akademik mübadilə proqramlarının təşviqi, eləcə də birgə elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Rəşad İsmayılov Azərbaycan ilə Oman arasında dostluq münasibətlərinin yüksək xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Diplomat təhsil sahəsində qurulan sıx əməkdaşlığın bu münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Seçilən
23
2
teleqraf.com

3Mənbələr